Çərşənbə, 08 May

"Rusiyanın orada yeri yoxdur" - Zelenski

image

"Rusiya Federasiyasının taxıl sazişində iştirakını dayandırdığı üçün G20-dən çıxarılacağına ümid edirəm. İndi sərt beynəlxalq reaksiya lazımdır: həm BMT səviyyəsində, həm də digər səviyyələrdə, o cümlədən G20 səviyyəsində".

Xəbər verilir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski özünün Teleqram kanalında yerləşdirdiyi videomüraciətdə bildirib.

“Rusiya G20-də digərləri arasında necə ola bilər? Bu cəfəngiyyatdır, Rusiyanın G20-də yeri yoxdur”, - deyə Ukrayna lideri əlavə edib.

Oktyabrın 29-da Rusiya Müdafiə Nazirliyi Sevastopolda Qara dəniz donanmasının gəmilərinə və taxıl dəhlizinin təhlükəsizliyinin təmin edilməsində iştirak edən mülki gəmilərə qarşı terror aktından sonra Rusiyanın taxıl sazişində iştirakını dayandırdığını elan edib. Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi Moskvanın bu sövdələşməni qeyri-müəyyən müddətə dayandırdığını bildirib.

Qeyd edək ki, iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında sazişlər imzalayıblar. Razılaşma Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxıl, ərzaq və gübrə ixracını nəzərdə tutur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56